Newscenter.az.11.03.2022. Milli Məclisin deputatı Jalə Əhmədova Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") sədri Ülvi Mehdiyevlə görüşüb.
Newscenter.az xəbər verir ki, gGörüş zamanı “ASAN xidmət” və “YAŞAT” Fondunun fəaliyyəti və hədəflərini əhatə edən bir sıra məsələlərlə yanaşı, Salyanda istifadəyə veriləcək “ASAN xidmət”in rayon əhalisi üçün əhəmiyyəti barədə danışılıb.
Millət vəkili qeyd edib ki, görüşdə həmçinin bölgədə yaşayan gənclərin işsizlik problemi, onların işlə təminatı istiqamətində həyata keçirilən proqramlar və layihələr barədə fikir mebadiləsi aparılıb:
"Ü.Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə ətraflı şəkildə məlumat verdi. “YAŞAT” Fondunun əməkdaşlarının məhz şəhid ailələrinin üzvləri və qazilər olduğunu xüsusi vurğulayan Ülvi Mehdiyev qeyd etdi ki, şəffaflıq prinsipi əsasında fəaliyyət göstərən “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması yönündə mühüm işlər görülür. Fondun sistemində görülən bütün işlər barədə məlumat əlçatanlığı təmin edilib ki, burada da şəhid və ya qazinin ad soyad və ata adını sistemə daxil etməklə Fond tərəfindən həmin ailəyə göstərilmiş yardım və ya köməkliklər barədə informasiyanı əldə etmək mümkündür. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə zaman ayırıb məni qəbul etdiyinə görə təşəkkürlərimi bildirir, Azərbaycanın tərəqqisi naminə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram".
Ruhiyyə