Newscenter.az.11.03.2022. Özünü demokratiyanın və dünyəvi dəyərlərin beşiyi sayan Avropa hər zaman olduğu kimi, yenə də öz çirkin, saxta, ikiüzlü niyyətini göstərdi. Belə ki, Avropa Parlamenti, ermənilərin Azərbaycana qarşı “Mədəni irsin dağıdılması” şikayətinə baxaraq “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edilib. Parlamentdə qərarın lehinə nə az nə çox 635 nəfər səs verib. 42 nəfər bitərəf qalıb, 2 nəfər əleyhinə səs verib.
Avropa bununla bir daha özünun əslində islamafob düşüncəyə hakim olduğunu xristian tərəfkeşliyini hər şeydən üstün tutduğunu göstərdi. Çünki verilən bu qərar faktiki olaraq Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir.
Qəbul edilən qətnamə “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında”dır. Sual olunur Azərbaycan Qarabağda hansı “mədəni irsi məhv” edir?
Hər şeydən öncə bunu isbat etmək, dəlil, sübutla təqdim etmək lazımdır! Digər tərəfdən, lap belə bir şey baş veribsə və Avropa parlamenti buna önəm verirsə nə üçün 27 illik işğal dövründə dağıdılan Azərbaycan mədəni-dini irsi ilə bağlı da bənzər qətnamə qəbul etməyib?
Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa Ermənistan parlamentində hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar absurd və yalandır. Demək olar ki bütün ittihamlar ermənilərin illərdir dünyaya yaydığı və inandırmağa çalışdığı yalanlardan ibarətdir.
Reallıq ondan ibarətdir ki, Ermənistan 27 illik işğal dövründə Qarabağda daş üstə daş qoymayıb. Şəhərləri, kəndləri, qəsəbələri dağıdılıb. Azərbaycana məxsus 400-dən artıq tarixi-dini abidə məhv edilib. Onlardan 67-si məsciddir.
Çoxəsrlik islam memarlığının ən gözəl nümunələri olan Azərbaycan məscidləri mal-qara üçün tövləyə çevrilib. Azərbaycan məscidlərində donuzların saxlanması isə təkcə Azərbaycana deyil deyil, bütün islam dünyasına yönələn təhqirdir. Bax əsl vandalizm budur.
Ermənistan Qarabağda yox, öz ərazisində qalan tarixi abidələrimizi məhv etməyə, dəyişdirməyə də davam edir. Bu gün Ermənistanda Göy məscid xaric, demək olar ki, bütün Azərbaycan məscidləri dağıdılıb. Göy məscidin də dağıdılmama səbəbi onun guya fars memarlığına aid olmasıdır.
Azərbaycan erməni vandalizmini əyani sübutlar ilə dəfələrlə başda Avropa parlamenti olmaqla, dünyanın əksər təşkilatlarına təqdim edib. 44 günlük müharibə sonrası dünyanın müxtəlif ölkələrindən Qarabağa onlarla jurnalist, mədəniyyət xadimi, siyasi şəxslər dəvət edilib. Azərbaycanda fəaliyyət göstərən ölkələrin diplomatik nümayəndələrinin Qarabağa səfərləri təşkil edilib. Bu gün Qarabağa gələn istənilən şəxs burada erməni vandalizmi bütün çılpaqlığı ilə görə bilər.
Görünür Avropa parlamentinin heç Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzindəki müqəddəs Qriqorian erməni kilsəsindən xəbəri yoxdur. 1863-1869-cü illərdə inşa edilən kilsə bu günə qədər qorunub saxlanılır. Sual yaranır bir halda ki, Azərbaycanın məqsədi erməni mədəni irsini məhv etməkdir o zaman buna paytaxtındakı kilsədən niyə başlamır?
Avropa Parlamentinə gəldik də isə deyə bilərm ki, parlament hazırda Ermənistan parlamentində seçilmir. Erməni lobbisinin maliyyəsini hesabına seçilən deputatlardan erməni maraqlarını müdafiə etməkdən başqa nəsə gözləmək doğru deyil. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etdiyi bir zamanda parlamentin bir çox deputatı Avropa dəyərlərinə yox, erməni maraqlarına xidmət edən çıxışlar edirdi.
Bu gün də Avropa Parlamenti illərdir etdiyini edir erməni maraqlarını dünyəvi dəyərlərdən üstün tutur. Bu riyakarlıq, ikiüzlülük, milli dini ayrı seçkilikdir.
Turan Rzayev-siyasu ekspert