Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məişət zorakılığına məruz qalan qadınlar üçün peşə kursu başlayıb



Newscenter.az.11.03.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi əməkdaşlığa başlayıb.

Newscenter.az-a DMA-dan bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində Qadın və Uşaq Sığınma evində məskunlaşmış qadınlar üçün xeyriyyə məqsədilə dərzi peşəsi üzrə hazırlıq kursu təşkil edilib. Bakı Peşə Hazırlığı Mərkəzinin peşəkar təlimçiləri tərəfindən kursa cəlb olunan şəxslərə nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Kursu bitirən müdavimlərə sertifikatlar veriləcək və onların işlə təmin olunmasına dəstək göstəriləcək.

Sevinc
Xəbəri paylaş