Newscenter.az.11.03.2022. Martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralini qəbul edib.
Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki. gGörüşdə dövlət başçısına Beynəlxalq Türk Akademiyasının fəaliyyəti və gələcək planlar, o cümlədən Ahmet Baytursunlının 150, Muxtar Auezovun 125 illik yubileyləri münasibətilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib.
Beynəlxalq Türk Akademiyasının nəşr etdirdiyi “Türk Dünyası Atlası” və tanınmış alim Orazak İsmaqulovun beş min illik türk tarixini antropoloji sübutlarla dəstəkləyən kitabları dövlət başçısına təqdim olunub.
Prezident Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini və fəaliyyətini yüksək qiymətləndirib, müvafiq təlimatlar verib.
Mehman