Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaranmış əlverişli fürsətdən səmərəli istifadə etməliyik



Newscenter.az.11.03.2022. "Rusiya və Ukrayna müharibəsi fonunda, dünyada iqtisadi əməkdaşlıq sahəsində bir hərəkətlilik hiss olunmaqdadır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Çingiz Şahbazi qeyd edib ki, bu hərəkətlilik, ABŞ və Qərb dünyasının Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalardan qaynaqlanır:

"Xüsusilə də Rusiyanın enerji resurslarına qoyulan sanksiyalar, iqtisadi sahədə partnyorluq axtarışlarını sürətləndirib. Bildiyimiz kimi Rusiya Qərbin enerji ehtiyaclarını qarşılayan ən öndə gedən ölkələrdən biridir və sanksiyalardan dolayı Rusiyanın yerini doldurmaq üçün, yeni əlaqələr və münasibətlərin baş verməsi gözlənilir. Sözsüz ki, bu hərəkətlilik fonunda, ölkəmizə də xüsusi diqqət var. Bu diqqət, neft və qaz ölkəsi olaraq, həm də region olkələrin enerji resurslarını Avropa bazarına çıxarılması istiqamətində tranzit ölkə statusundan irəli gəlir. Biz bu yaranmış əlverişli fürsətdən, ölkəmizin inkişafı üçün, istər siyasi, istərsə də iqtisadi cəhətdən səmərəli istifadə etməliyik".

Mehman
Xəbəri paylaş