Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Rusiyaya qarşı birbaşa silahlı münaqişədən yayınıb



Newscenter.az.12.03.2022. Orduda ipə-sapa yatmaz əsgəri cəzalandırmaq üçün zabitlər tez-tez nizamnamədənkənar bir üsula əl atırlar: bir əsgərin davranışına görə, bütün tağım və ya bölüyün heyəti cəzalandırılır, beləcə, kollektivin əli və təzyiqi ilə həmin əsgər "sındırılır", dikbaş davranışlarının təkrarlanmamasına nail olunur...

İndi ABŞ-ın onun iradəsinə tabe olmayan ölkələrə qarşı tətbiq etdiyi sanksiya siyasəti də eynilə bunun oxşarıdır: bir ölkənin rəhbərliyini cəzalandırmaq üçün bütövlükdə onun xalqı və iqtisadi münasibətlərdə olduğu digər ölkələr, onların əhalisi hədəf seçilir!

ABŞ-ın öz maraqları üçün dinc xalqları qurbanetmə siyasətiylə Rusiyanın işğalçı siyasəti arasında heç bir fərq yoxdur - hər ikisi eynimahiyyətlidir, hər ikisi nə hüquqa, nə ədalətə sığır və hər ikisində də qurbanlıq günahsız xalqlar, sadə əhalidir. Biri xəstəxanaları, uşaq evlərini bombardmanla dinc əhalini məhv edirsə, o biri də kütləvi yoxsulluq, qıtlıq yaratmaqla, iqtisadi münasibətləri dağıtma və təcridlə məhv edir!

Əslində, sanksiyalardan əhalisi ziyan çəkən üçüncü ölkələr ABŞ-ı, Avropa İttifaqını məhkəməyə vermək, əhalisinə dəyən maddi ziyana görə bu dövlətlərdən kompensasiya tələb etmək haqqına sahibdirlər. Necə ki, Tramp vaxtilə koronavirusa görə, Çinin məhkəməyə verilməsinə çalışırdı.
Mən sənin savaşında tərəf deyiləmsə, mənim xalqım niyə əziyyət çəkməlidir ki? Bir xalqı qorumaq adıyla başqalarını qurban etməkdirmi ədalət, demokratiya, qanunların aliliyi?!

Kimin nə deməsindən asılı olmayaraq, ABŞ-ın özünün Rusiyaya qarşı birbaşa silahlı münaqişədən yayınıb, iqtisadi savaş aparması bütün dünyada qeyri-leqal iqtisadiyyatı təşviq edəcək və solçuluğu, anti-Amerikanizmi xeyli gücləndirəcək.

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş