Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin əsassız qətnaməsi bumeranq effekti verə bilər



Newscenter.az.12.03.2022. Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Sənədin qərəzli olduğunu demək üçün heç bir şübhə yoxdur. Belə ki, qətnamədə Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etdiyi göstərilir. Bu, boş iddiadan o tərəfə keçməyən fikirlərdir. Ən azından ona görə ki, Qarabağda ciddi bir erməni mədəni irsi yoxdur, olmayıb. Olanlar da həmin torpaqların işğal dövründə inşa edilmiş, qondarma və tarixi saxtalaşdırmaq məqsədi güdən tikililərdir. Əlbəttə, bunu Avropa Parlamentində bilməmiş deyillər. Elə isə necə olur ki, ikisi istisna olmaqla digər parlamentarilər qətnamənin lehinə səs verirlər? İlk növbədə onu deyək ki, Avropa Parlamentində erməni lobbisi kifayət qədər güclüdür. Onlar hər fürsətdə Azərbaycana qarşı qərəzli addım atmağa çalışırlar. Təsadüfi deyil ki, əvvəlki dövrlərdə də oxşar addımlar atılıb. Qətnamənin müəlliflərindən biri olan hollandiyalı deputat Peter Van Delan, az qala, bütün dünyada ermənipərəst siyasi xadim kimi tanınır. O, İkinci Qarabağ müharibəsi dövründə də dəfələrlə mənfur, Azərbaycana qarşı yönəlmiş bəyanatlar səsləndirmişdi.

İkinci bir tərəfdən, məlumdur ki, hazırda Avropa Birliyinə Fransa sədrlik edir. Fransanın Cənubi Qafqazdakı proseslərə münasibəti isə kimsə üçün sirr deyil. Bu ölkədə, demək olar, bütün siyasi xadimlər "qara sevda"ya düşüb, erməni "vurğun"una çevrilib. Bunun səbəbləri də bəllidir.

Deməli, qətnamənin qərəzli olduğuna dair heç bir şübhə yoxdur. Avropa Parlamenti illər uzunu olduğu kimi, bu dəfə də saxtakarlıqdan yana oldular. Hərçənd indiki məqamda- regionda yeni reallıqların Azərbaycanın yazdığı, rəsmi Bakının regional və qlobal proseslərin əsas iştirakçısı olduğu bir vaxtda bu cür ritorika bizə qarşı qeyri- obyektiv münasibət göstərən dövlətlərin özlərinə ziyandır: onlar Azərbaycanla partnyorluq imkanlarından, demək olar, məhrum olurlar.

Bu mənada qəbul edilən analoji qətnamələr bir tərəfdən başa düşülən olsa da, digər tərəfdən məntiqsizdir. İstənilən halda əsassız sənədlər Azərbaycanın yazdığı yeni reallıqlara, bizim ədalətli mövqeyimizi, ən əsası isə tarixi gerçəklərə kölgə sala biləcək gücdə deyil.

Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
Xəbəri paylaş