Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan -Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib



Newscenter.az.12.03.2022. Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.

Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, görüşdə uzunillik Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün faydalarından məmnunluq ifadə edilib. TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib. İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş