Newscenter.az.12.03.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 yeni yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. 1 965 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 528, bu günə qədər isə ümumilikdə 6 628 447 test icra olunub.