Newscenter.az.12.03.2022. Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.
380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.
Təyyarə saat 09.00-da havaya qalxacaq.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.