Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-İstanbul reysi ləğv edilib



Newscenter.az.12.03.2022. Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Newscenter.az bu barədə AZAL-a istinadən xəbər verir.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.
Xəbəri paylaş