Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov: “Ermənistanla diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik”



Newscenter.az.12.03.2022. “Ermənistan xalqı məğlubiyyətdən sonra kədər içindədir”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.

“Biz Ermənistana qarşı müsbət addımlar atmağa, səmimi olmağa çalışdıq. Əlbəttə, bu istiqamətdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da xüsusi əhəmiyyətə malikdir. Biz diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik. Qonşuluq əlaqələri regional əməkdaşlıq baxımından çox əhəmiyyətlidir”, - nazir vurğulayıb.
Xəbəri paylaş