Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili Qoşunlar şərəfli döyüş yolu keçib



Newscenter.az.12.03.2022. Ümummilli Lider Heydər Əliyevin 9 mart 1995-ci il tarixli Fərman ilə Daxili Qoşunların Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları tarix — 12 mart Daxili Qoşunlar Günü kimi qeyd edilir. Daxili Qoşunlar bu dövr ərzində şərəfli döyüş yolu keçmiş, Birinci Qarabağ müharibəsində şəxsi heyətindən 680 nəfər şəhid olmuş, 5 nəfər itgin düşmüş, 1177 nəfər isə yaralanmış, 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 44 günlük haqq savaşında da böyük rəşadət göstərən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuş, 346 nəfər isə yaralanmış, 1-i ölümündən sonra olmaqla 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Daxili Qoşunları bu gün də Qanunçuluq, insan hüquqlarına və azadlıqlarına hörmət, humanizm, hərbi qulluqçuların xidmət çəkməsinin əraziyə bağlı olmaması prinsiplərini rəhbər tutaraq müzəffər Ali Baş Komandanın rəhbərliyi altında inkişaf yolu keçməkdədir. Bu gün özünün ən güclü dövrünü yaşayan Daxili Qoşunlarımız ona həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən uğurla qorumaqdadır.

Bu əlamətdar gündə, özümün və seçicilərim adından başda Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov olmaqla, Daxili Qoşunların komandanlığı və bütün şəxsi heyətini təbrik edir, şərəfli dövləti məqsədləri yolunda hər hərbçimizə müzəffər Ali Baş Komandanın yoluna sadiq şəkildə daha böyük uğurlar qazanmasını arzulayıram.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş