Newscenter.az.12.03.2022. Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində ənənəvi qanvermə aksiyası keçirilib.
Newscenter.az-a Xidmətdən bildirilib ki, Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya Dövlət Miqrasiya Xidməti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin 100-ə yaxın əməkdaşı ilə yanaşı, Miqrasiya könüllüləri, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan “Asan könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Könüllü Gömrükçü dəstəsi, Gənc Könüllülər Hərəkatı, Bakı Şəhər Halqası Könüllüləri və “Eko Könüllü Hərəkatı”nın 50-dən çox nümayəndəsi iştirak edib.
Donorların sağlamlıq vəziyyəti və Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən həyata keçirilib.
XXX
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində keçirilən qanvermə aksiyasına Gəncə regional miqrasiya idarəsinin əməkdaşları da qoşulublar. Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən aksiya Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim hematoloqları tərəfindən həyata keçirilib.
Daha bir qanvermə aksiyası Xaçmazda keçirilib. Tədbir Xaçmaz regional miqrasiya idarəsi və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) Quba bölməsi ilə birgə təşkil olunub. Onlardan götürülən qan nümunələri hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək, bu məqsədlə tədarük olunan qan ehtiyatını artırmaq üçün istifadə olunacaq.
Sevinc