Newscenter.az.12.03.2022. "Bu gün dünyada hiss olunan siyasi hərəkətlilik, ölkələr arasında aparılan danışıqlar, qurulan münasibətlər, ciddi proseslərin həyata keçirililməsindən xəbər verir".
Bu fikirləri Newscenter.az-a iqtisadçı ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bütün bunlar Rusiyanın Ukraynaya qarşı işğalçı hərəkətlərindən sonra, tətbiq olunan sanksiyalar fonunda baş verir:
"Bu hərəkətlilik Cənubi Qafqaz və ümumilikdə regionumuzda da hiss edilir. Bu gün İranla Azərbaycan arasında münasibətlərin inkişafında , iqtisadi əməkdaşlıq kontekstində lahiyələr imzalanır. İki ölkə arasında, İran öz ərazisindən keçməklə, Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvanla birləşdirən kommunikasiyaların yaradılması haqqında memorandum imzalanıb. Heç kimin gözləmədiyi bu razılasma, məhz İranın Qərblə danışıqlar apardığı ərəfədə baş verdi".
Çingiz Şahbazi hesab edir ki, İranın Azərbaycana yaxınlaşması və belə bir addımın atılmasına razılıq verməsinin arxasında, İranın özünün iqtisadi maraqları və bu maraqların məhz Azərbaycan və Türkiyəsiz mümkün olmadığını anlamasıdır:
"Çünki, İranın enerji resurslarının Avropa bazarına çıxması üçün, bu iki ölkə ilə xoş qonşuluq münasibətlərini təmin etmək əsas şərtdir".
Mehman