Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hulusi Akar üçün ÖZƏL GÜN



Newscenter.az.13.03.2022. Bu gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın doğum günüdür. Cənab Nazir 70 yaşını qeyd edir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Xalqının Böyük qardaşı, səmimi dostu olan Hulusi Akar 1952-ci ildə Kayseridə doğulub. Sabiq prezident Abdulla Gül ilə sinif yoldaşı olub.

O, 1972-ci ildə Türkiyə Quru Qoşunları məktəbini və 1973-cü ildə Quru Qoşunları Piyada məktəbini bitirib. 1973-1980-cı illərdə müxtəlif birliklərdə və Quru Qoşunları Hərb məktəbində Korpus Komandanlığı və Məlumat Əməliyyat xidmətinin zabiti vəzifələrində çalışıb. H.Akar 1982-ci ildə Quru Qoşunları Hərb Akademiyasının, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasının, 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecinin məzunu olub.

Ali Baş Qərargah da daxil olmaqla müxtəlif qərargahlarda və birliklərdə Hərəkət və Təhsil rəisi, İcra zabitliyi və şöbə müdiri vəzifələrini icra edib. Bundan başqa, Quru Qoşunları Hərbi Akademiyanın Tədris işçisi və 1990-1993-cü illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargahında kəşfiyyat zabiti olub. 1993-1994-cü illərdə Türkiyə Quru Qoşunları Komandanlığının İctiamiyyətlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsində, 1994-1997-cü illərdə Ali Baş Qərargahda çalışıb, 1997-1998-ci illərdə Bosniya və Herseqovina Türk Vəzifə Qüvvələri Komandanlığında xidmət edib.

1998-ci ildə briqada generalı rütbəsi ilə təltif edilib, 1998-2000-ci illərdə Tuncelidə Daxili Müdafiə Briqada Komandanlığı, 2000-2002-ci illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargah Plan və Prinsiplər şöbəsində çalışıb. 2002-ci ildə general-mayor rütbəsinə layiq görülüb.

Akar 2002-2005-ci illərdə Quru Qoşunları komandanlığında işləyib, 2005-2007-ci illərdə Quru Qoşunları Hərbi Akademiyasının rəhbəri vəzifələrini icra edib və 2007-ci ildə general-leytenant rütbəsi ilə təltif olunub.

Akar 2007-2009-cu illərdə Quru Qoşunları Maddi-Texniki Təchizat komandanı, 2009-2011-ci illərdə III Kolordu komandanı vəzifələrini icra edib. 2011-ci ildə Ordu generalı rütbəsinə yüksəlib.

H.Akar 2011-2013-cü illərdə Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib. 2013-cü ilin 3 avqust tarixində Quru Qoşunları Komandanlığına, 2015-ci il 18 avqust tarixində isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyinat alıb.

H.Akar 2018-ci ilin 9 iyulundan Türkiyənin Müdafiə naziridir. O, indiyədək bir çox orden və medallarla təltif olunub.

İngilis dilini bilir. Həyat yoldaşı Şulə Akar dietoloqdur. Hacettepe məzunu olan qızı ixtisasca həkimdir. Akarın Çikaqo Universitetində iqtisadiyyat üzrə təhsil alan oğlu hazırda İngiltərədə çalışır.
Xəbəri paylaş