Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru tələbələrlə görüşüb



Newscenter.az.12.03.2022. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində magistr və bakalavr dərəcələri üzrə yuxarı kurs tələbələri üçün təşkil edilən “Capstone” adlı elmi-praktiki tədqiqat layihəsi əsasında 11 mart 2022-ci il tarixində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və tələbələr arasında görüş keçirilib.

Newscenter.az Agentliyə istinadən xəbbər verir ki, görüş zamanı tələbələrlə elmi və praktik tədqiqat mövzusu təyin edilib və bu istiqamətdə müzakirələr aparılıb.

Qeyd edək ki, "Capstone" adlı elmi-praktiki tədqiqat layihəsi həm bakalavr, həm də magistr tələbələri üçün nəzərdə tutulmuş yekun buraxılış işidir. Bu tədqiqat layihəsi 1 semestr, yəni 4 ay müddətində davam edəcəkdir. Tələbələrlə əvvəlcədən təyin edilmiş cədvəl üzrə Medianın İnkişafı Agentliyində mütəmadi görüşlər keçiriləcəkdir. Yekunda tələbələr tədqiq etdikləri mövzu üzrə buraxılış yazı işini hazırlayıb və həmçinin onun prezentasiya şəklində təqdimatını edəcəklər.

Ruhiyyə
Xəbəri paylaş