Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özünü Polad Həşimovun bibisi kimi təqdim edən dələduz peyda oldu-FOTO



Newscenter.az.12.03.2022. Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edərək dələduzluqla məşğul olan qadın aşkar edilib.

Newscenter.az respublikatv-yə istinadən xəbər verir ki, bu barədə məlumatı şəhid generalın bacısı Kəmalə Həşimova paylaşıb. Həmin paylaşımı təqdim edirik:

“Rəsmdə gördüyünüz qadın öz dediyinə görə əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə “Poladın bibisiyəm” deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa, həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.

Mehman
Xəbəri paylaş