Newscenter.az.12.03.2022. Qarın yağması ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Newscenter.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şəhər daxilində, eləcə də turistlərin də ən çox üz tutduğu kənd yollarında nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.
Həmçinin, piyadaların, xüsusilə də azyaşlıların avtomobil yollarından keçirilərək mənzil başına təhlükəsiz şəraitdə çatması üçün lazımi qabaqlayıcı tədbirlər görülür.
Mehman