Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirilib



Newscenter.az.12.03.2022. Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Bakı şəhərində İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə sayca üçüncü təlimi keçirdi. Newscenter.az xəbər verir ki, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimdə mövcud və potensial insan alveri qurbanları ilə işləyən və ya qurbanları aşkar etmək vəzifəsi daşıyan DİN, Quba rayonun polis bölmələrini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və sosial xidmət sahəsində çalışan qeyri hökümət təşkilatlarını təmsil edən nümayəndələr iştirak edir.

Təlimin açılış mərasimində iştirakçıları salamlayan USAID/Azərbaycanın missiyasının direktoru Cey Sinqx insan alveri qurbanları ilə işləyən vətəndaş cəmiyyəti və dövlət qurumları əməkdaşlarının xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ekspertlər tərəfindən keçirilən təlimlərdə iştirak etmək imkanının təmin edilməsinin vacibliyini vurğuladı.

Təlim zamanı iştirakçılar - yerli mütəxəssislər, dövlət orqanlarının müvafiq vəzifəli şəxsləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökümət qurumlarının nümayəndələri insan alveri, Azərbaycanda insan alverinə qarşı mübarizə sistemi, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı təcrübələrini, naliyyətlərini bölüşmək və İnsan Alveri və İnsan Alverinə Qarşı Mübarizə Əsas Anlayışları, İnsan Alverinin Qurbanların Sağlamlığına Nəticələri, Ehtimal olunan qurbanlarla ünsiyyət/müsahibədə Etika, Azərbaycan Respublikasında Standart Fəaliyyət Prosedurları, Milli İstiqamətləndirmə Mexanizmi Modelləri və İnsan Alverinə Qarşı Azərbaycan Milli Fəaliyyət Planı üzrə biliklərini genişləndirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, BMqT-nin Azərbaycandakı Nümayəndəliyi ötən ilin oktyabrın 27-29 tarixlərində Gəncə şəhərində və cari ilin fevral ayının 21-23 tarixlərində Bakı şəhərində ilkin yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə təlimlər keçirmişdi.

BMqT tərəfindən həyata keçirilən USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Sevinc
Xəbəri paylaş