Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus xalqı nahaq qanların tökülməsinə bais olmuş Rusiyanın siyasi hakimiyyətinə yox deyəcək



Newscenter.az.12.03.2022. Qərbi Azərbaycan İctimai Birliyi Rusiyanın Ukraynaya təcavüzünü pisləyən bəyanat yayıb.

Newscenter.az xəbər verir ki, bəyanatda deyilir:

"Son günlər Ukraynanın suverenliyinə edilən təcavüz nəticəsində uşaqlar, qocalar, qadınlar, dinc əhali həlak olur, yaşayış binaları dağıdılır, İctimai iaşə obyektləri, uşaq bağçaları, xəstəxanalar məhv edilir. Ukrayna xalqı sözün əsl mənasında fəlakət yaşayır. Eyni zamanda bu müharibədə döyüşən rus hərbçilərinin də çox sayda itkiləri barədə xəbərlər gəlməkdədir. Bütün bunlar rus şovinizminin yersiz aqressiyası ucbatından baş verir".

Bıyanatda daha sonra qeyd edilir ki, bu gün Ukrayna xalqının yaşadığı fəlakəti İki yüz ildən artıqdı Azərbaycan xalqı da zaman - zaman yaşayıb, hələ də yaşayır:

"Biz Qərbi Azərbaycanlılar bu şovinizm siyasətinin qurbanları olaraq əzəli yurdlarımızdan didərgin salınmış, tarixi abidələrimiz yer üzərindən silinmiş, yer yurd adlarımız dəyişdirilmiş, qəbiristanlıqlarımız şumlanmışdı. Bizlər Ukraynaya edilən bu təcavüzü pisləyir, Ukrayna xalqının haqq səsinə dəstək verir, bu irticanın durdurulmasını tələb edirik! Ümid edirik ki, rus xalqı nahaq qanların tökülməsinə bais olmuş Rusiyanın siyasi hakimiyyətinə yox deyəcək!".

Mehman
Xəbəri paylaş