Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan bu dəfə təklifə cavab vermək məcburiyyətindədir



Newscenter.az.12.03.2022. Tanınmış hərbi ekspert Ədalət Verdiyev son günlər Qarabağda və Ermənistanla sərhəddə intensivləşən erməni təxribatları fonunda dünən Azərbaycanla İran arasında imzalanan taerixi sənədi - Paşinyanın Zəngəzur kartına vurulan sarsıdıcı zərbəni Moderator.az-a şərh edib:

"Ermənistan sülh sazişinə dair Azərbaycanın ilk təkliflərinə cavab vermədi. Əksinə, rusların arxasında gizlənib atəşkəsi daha intensiv şəkildə pozdu. Azərbaycan da hər bir ssenariyə hazır olduğunu əyani nümayiş etdirməklə bərabər həm İranla alternativ dəhliz məsələsini qısa zamanda həll etdi, həm də Ermənistana ikinci 5 maddəlik təklif göndərdi. İrəvan bu dəfə təklifə cavab vermək məcburiyyətindədir. Zəngəzur dəhlizi kimi son siyasi kozlr kartını itirən Paşinyan yeni təkliflərə nə hə deyə bilir, nə də yox. Amma bu dəfə Ermənistanın atəşkəsi pozmaqla zaman uzatmağa cəhdi, noyabrın 16-da baş verənlərin daha böyük miqyasda və bir neçə istiqamətdə təkrarlanması ilə nəticələnə bilər. Qarabağın erməni silahlıların təmizlənməsi artıq zərurətə çevirilib".
Xəbəri paylaş