Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə təsərrüfatları suvarma suyu ilə təmin etmək üçün hazırlıq işlərinə başlanılıb



Newscenter.az.12.03.2022.
Torpaq mülkiyyətçiləri, fermerlər vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədilə Siyəzən Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri aparılır.

Bu barədə Newscenter.az-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.

Onu da bildirək ki, Siyəzən rayonunda 247 km uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plan-qrafikə uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2 100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb.

Qeyd edək ki, Siyəzən rayonunda 12 min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrlər rayonda 1 685 ədəd hidrotexniki qurğu, 198 min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2 300 hektar ərazini əhatə edən 26 km açıq, 121 km isə qapalı drenaj şəbəkəsi çəkilib.

Sevinc
Xəbəri paylaş