Newscenter.az.12.03.2022. Türkiyədə pilotsuz döyüş təyarrəsinin istehsalı prosesinə başlanılır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi Səlcuk Bayraktar özünün tvitter hesabında paylaşıb. O bildirib ki, 3,5 illik gərgin fəaliyyət və əziyyətdən sonra pilotsuz döyüş təyyarəsinin istehsalı mərhələsinə qədəm qoyulur.
İlkin mərhələdə təyyarənin adı da müəyyənləşib. Səlcuk Bayraktarın paylaşımından məlum olur ki, yeni idstehsal ediləcək pilotsuz döyüş təyyarəsi Bayraktar Qızıl alma adlanacaq.
Qeyd edək ki, hələ 2018-ci ildə Səlcuk Bayraktar yeni layihənin anonsunu vermişdi.
Mehman