Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə səfəri, iki qardaş ölkə arasındakı müttəfiqliyin daha da genişlənməsinə öz töhvəsini verəcək



Newscenter.az.12.03.2022. Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi, Azərbaycan Türkiyə qardaşlığının bariz sübütu olmaqla yanaşı bir çox məsələlərin müzakirəsi baxımdan böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyə arasındakı əlaqələr dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərinə əsaslanır və bu əlaqələr bütün sahələr üzrə davamlı şəkildə yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrarası əlaqələrin sürətli şəkildə inkşaf edərək ali formaya çatması Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində ölkə prezidentləri arasında keçirilən görüşün 4 saatdan çox davam etməsi, ökələrin təhlükəsizliyinin təmin edilməsi baxımından və digər sahələr üzrə məsələlərin ətraflı müzakirəsindən, ümumilikdə görüşün səmərəli və məhsuldar keçməsindən xəbər verir:

“Ankara görüşü iki qardaş ölkə arasındakı müttəfiqliyin daha da genişlənməsinə öz töhvəsini verəcək”.

Bu gün istər regional istərsə də dünya miqyasında mürəkkəb geostrateji proseslər cərəyan etməkdədir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, belə şəraitdə Cənab prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi bir daha ölkə başçımızın müdrik, uzaqgörən xarici siyasətinin və iki qardaş ölkənin hər zaman bir-birinin yanında olmasının göstəricisidir:

“Azərbaycan -Türkiyə qardaşlığı əbədi və sarsılmazdır. Var olsun Azərbaycan Türkiyə birliyi, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Ruhiyyə
Xəbəri paylaş