Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynaya hücum Rusiyaya 5 milyard dollar ziyan vurub



Newscenter.az.12.03.2022. “Forbes” Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiymətini hesablayıb.

"Report" xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.

Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.

“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.

Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.
Xəbəri paylaş