Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-dan Çinə XƏBƏRDARLIQ



Newscenter.az.13.03.2022. ABŞ səlahiyyətliləri Çinə Rusiyaya Qərb sanksiyalarının itkilərini kompensasiya etməyə kömək etməyə çalışacağı təqdirdə hansı nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

“Report”un məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O izah edib ki, ABŞ Çinin Rusiyaya nə dərəcədə maddi və iqtisadi dəstək verdiyini diqqətlə izləyir. Eyni zamanda, Sallivan ABŞ-ın Çinə məhdudiyyətlər qoymağa hazır olub-olmadığı sualına cavab verməkdən imtina edib.
Xəbəri paylaş