Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan böyük şahmat taxtasında piyada olmamağı bacardı

Azərbaycan böyük şahmat taxtasında piyada olmamağı bacardı


Newscenter.az.13.03.2022. "Siyasət - oyun şərtləri , qaydaları sona qədər bəlli olmayan dünyanın özü böyüklüyündə şahmat taxtasıdır. Son proseslər bizi sevindirməyə bilməz. Coğrafi cəhətdən kiçik Azərbaycan böyük şahmat taxtasında piyada olmamağı bacardı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki, Bjezinskinin, demokratların, buşların, keşişlərin oynadıqları nəhəng şahmat lövhəsində Azərbaycan bir çoxları kimi əvvəldən sonu bilinən "piyada" fiquru olmadı:

"Prezident İlham Əliyev onların şahmat lövhəsində deyil, özünün qurduğu gedişlərlə bir çoxlarını şah və mat etməyi bacardı. O, şirin vədlərə inanmayaraq ölkəmizi poliqona çevirmədi, fiqurların gələcək gedişlərini hiss etməyi və düzgün qərar verməyi bacardı".

Politoloq qeyd edib ki, prezident İlham Əliyev ayrı - ayrı ölkələrin liderlərinə, siyasətin incəliklərini öyrənmək istəyənlərə - uzaqgörən qərarları ilə ustad dərsi keçdi.

Mehman
Xəbəri paylaş