Newscenter.az.13.03.2022. Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Kistoz Fibroz Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Newscenter.az-ın xəbərinə görə, tədbirdə qeyd edilib ki, ölkəmizdə illik doğum sayı təxminən 150 minə yaxındır, Kistoz fibroz xəstəliyinin rastgəlmə tezliyi isə 5 mində birə bərabərdir.
Kistoz fibroz xəstəliyinin ölkəmizdə əlillik meyarı kimi müəyyən ediləcəyi də vurğulanıb.
Təqdimat və müzakirələrlə davam edən tədbirdə TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin nümayəndələri iştirak edib, departament rəhbəri Teymur Mirzəbəyli geniş təqdimatla çıxış edib.
Xəstəliyin kliniki əlamətləri çox duzlu dəri, inadçı öskürək, tez-tez təkrarlanan ağciyər infeksiyaları, təkrarlanan sinus infeksiyaları, nazal polipoz, xışıltı və nəfəs darlığı, yaxşı iştahaya baxmayaraq, inkişafdan geriqalma, çəki artmama kimi problemlərdir.
Sevinc