Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər acından bir-birini yeyəcək-deputat Aqnes Xamoyan

Ermənilər acından bir-birini yeyəcək-deputat Aqnes Xamoyan


Newscenter.az.13.03.2022. "Xalqın adından ən çox danışan, öz cinayətlərini xalqın cibinə atan hakimiyyət xalqı tək qoyub. Heç olmasa qiymətləri dondura, müəyyən malların ixracına qadağa qoya bilərdi, amma etmədi. Etsəydi, hakimiyyətin ürək oliqarxları “pay” alacaqları super gəlirləri necə təmin edərdilər?"

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının “Ermənistan” fraksiyasından olan deputatı Aqnes Xamoyan öz Facebook səhifəsində yazıb.

“Artsaxda humanitar fəlakət var: qaz, işıq yoxdur. Ermənistan ən ciddi ərzaq təhlükəsizliyi problemləri ilə üz-üzədir. Mağazalarda unun, şəkər tozu və ərzaq məhsullarının qiymətinin artması ölkədəki çöküşlə düz mütənasibdir.

Çaxnaşma içində olan insanlar bacardıqlarını və ala biləcəkləri hər şeyi alırlar, çünki sabah bahalaşan şəkərin hər kiloqramı 50-100 dram bahalaşacaq. Və nəhayət, istefaya söz verən, lakin sonradan bunu “zarafat” kimi təqdim edən, hər şeyin nəzarətdə olduğunu deyən Vaan Kerobyanın və onun rəhbərinin sözlərinə bundan sonra necə inanmaq olar.

İnsanlara 44 günlük müharibədə “qalib gəldik” nağılını danışanlar, indi niyə un, bitki yağı barədə heç nə demirlər?

Keçmiş deputat Artak Sarkisyan Anna Akopyanın Fonduna pul ödəyən kimi, deputata aid “SAS” supermarketində şəkərin qiyməti dərhal bahalaşdı”, - deyə Xamoyan səhifəsində yazıb.
Xəbəri paylaş