Newscenter.az.13.03.2022. "Bütün hərbi gücündən və texnikasından istifadə edən Rusiya, muharibənin 18-ci günü olmasına rəğmən, Ukraynanın heç bir şəhərini tam olaraq ələ keçirə bilməyib".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ekspert Çingiz Şahbazi deyib ki, Ukrayna ordusunun hərbi döyüş texnikasının az olmasına rəğmən, ordunun əlində olan texnikanın işlək və standartlara uyğunluğu, eyni zamanda əsgər və zabitlərin döyüş hazırlığının yüksək səviyyədə olması səbəbiylə, müharibənin vəziyyətində dönüş yarada biliblər:
"Muharibənin gedişatı və ortada olan nəticələrə istinad etsək, görərik ki, artıq hər keçən gün Rusiyanın daha da zəifləməsini və Ukraynanın isə hər gün daha da gücləndirilməsinin şahidi oluruq. Bu isə sözsüz ki, Ukraynaya olunan dünyanın dəstəyi və yardımları sayəsində baş verir və ümid edirik ki, belə də davam edəcək".
Mehman