Newscenter.az.13.03.2022. 13 mart 1954-cü ildə SSRİ Dövlət Təklükəsizliyi Komitəsi (КГБ) yaradılır.
Newscenter.az-ın xəbərinə görə, sözügedən qurumun yaradılması zərurəti barədə danışarkən hüquqşünas Əli İbrahimov xatırladır ki, SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "...siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar..."
1978-ci ildə o zamankı rəhbəri Y.V.Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır.
1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur.
Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
ÜFK-DTN rəhbərliyi
1917-1926 – Feliks Edmundoviç Dzerjinski (ÜFK-BDSİ)
1926-1934 – Vyaçeslav Rudolfoviç Menjinski (BDSİ)
1934-1936 – Qenrix Qriqoryeviç Yaqoda (XDİK)
1936-1938 – Nikolay İvanoviç Yejov (XDİK)
1938-1941 – Lavrenti Pavloviç Beriya (XDİK)
1941 – Vsevolod Nikolayeviç Merkulov (XDTK)
1941-1943 – Lavrenti Pavloviç Beriya (XDİK)
1943-1946 – Vsevolod Nikolayeviç Merkulov (XDTK-DTN)
1946-1951 – Viktor Semyonoviç Abakumov (DTN)
1951-1953 – Semyon Denisoviç İqnatyev (DTN)
1953 – Lavrenti Pavloviç Beriya (DTN)
1953-1954 – Serqey Nikiforoviç Kruqlov (DTN)