Newscenter.az.13.03.2022. Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevi tənqid atəşinə tutub. Newscenter.az polkovnikin səsləndirdiyi fikirləri təqdim edir. “Əziz hərbçi dostlar! Hörmətli xüsusi rütbəli həmkarlar!
Görünən budur ki, istər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), istərsə də onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bəzi savadsız və özündən müştəbeh rəsmiləri zaman -zaman “qaşınır” və gündəmdə qalmaq üçün bəzi axmaq və qanunsuz fikirlər səsləndirməklə insanların əsəbləri ilə oynamağa çalışırlar. İndi sizin diqqətinizə təqdim edilən bu məlumatı da bir daha çatdırmaqla istəyirəm ki, deyilənləri nəzərə alasınız. Bu cavan oğlan da yenə başlayıb ağlına və ağzına gələni səsləndirməyə.
Ay cavan oğlan, siz gedin qanunları diqqətlə oxuyun və qanunda nə yazıldığını, sizin isə nə izah etdiyinizi ucadan oxumaqla anlamağa çalışın. Sizə heç kim imkan verməyəcək ki, ÖZBAŞINALIQ VƏ QANUNSUZLUQ edəsiniz.
Siz bizim Sizin idarənizə (şəxsi mülkiyyətinizə deyil) unvanladığımız sadə və aydın dildə yazılan 3 TƏLƏBİMİZƏ cavab verin. Siz və sizin bəzi məsuliyyətsiz əməkdaşlarınız, başda Himalay Məmişov, Şahin Əliyev və digərləri sanki kor və kardırlar. Biz sizə yazmışıq və bir daha xatırladırıq ki, 9 ildir ki, 2013-cü ilin yanvarından bizim ərzaq pullarımızı kim və ya kimlər oğurlayır, mənimsəyir və sizlərdən kimlər əvvəl Kürdəxanı təcridxanasına, sonra isə uzunmüddətli məhbəsə getməyə can atır?!
Ay Zəka Mirzəyev, siz nağıl danışmaq əvəzinə, yığışın və bizim müraciətlərimizə cavab verin. Siz özünüzü deyəsən çox “ağıllı” hesab edirsiniz”. Siz bizim suallara rəsmi dövlət qurumunun nümayəndələri kimi rəsmi şəkildə cavab verin. Bunu biz sizdən xahiş deyil, TƏLƏB edirik! Ayılın, ay harın və qudurğan məmurlar! Bu sizin vəzifə borcunuzdur. SONRA çox gec olacaq. Bizə dövlət tərəfindən edilməli olan və edilən ödənişləri də bizə minnət edib gözümüzə soxmayın. Sizlərin çoxunuz, başda naziriniz Sahil Babayev və Himalay Məmişov, elə bəlkə siz özünüz də hərbidən bu və ya digər şəkildə, isti, rahat xidmət yerləri axtarmaqla yayınanda, bizlər səngərlərdə, ailədən-uşaqdan çox-çox uzaqlarda İLLƏRLƏRimizi xidmətdə keçirmişik. İndi isə siz gəlib oturmusunuz dövlət müəsisələrində və başlamısınız hoqqabazlığa. Hərbidən anlayışı olmayan sizlər, biz hərbçiləri salmısınız mülki əmək sahəsində çalışanların sırasına.
Bu TRAGİKOMEDİYADIR!. Hərbi xidmət DÖVLƏT Qulluğunun bir qolu və növudur. Xidmət hara, əmək fəaliyyəti hara, ay savadsız yığnağı??!! Tezliklə bu absurd “Əmək pensiyası” hansı ki, hərbçilərə, güc strukturlarının əməkdaşlarına qanunsuz şəkildə şamil olunur, LƏĞV edilməlidir və ləğv ediləcək!!. Biz buna nail olacağıq.Özünüz də görəcəksiniz ki, bizim sizdən fərqli olaraq savadımız da var, anlayışımız da və dövləti anlayışımız da.
Bizim gücümüzü və imkanlarımızı əgər siz hələ də anlamayıbsınızsa, anlamaq istəmirsinizsə, yazıqlar olsun.Sizin dar və düşmən yanaşmanız Silahlı Qüvvələrə, Azərbaycan Ordusuna, güc strukturlarına qarşı elə bir xain və zərərli yanaşmadır ki, bunu yaxın aylarda ən yüksək səviyyədə həm hiss edəcəklər, həm də görəcəklər. Amma, sizin bu səhv və yanlış düşüncənizə və addımlarınıza biz yüz minlərdən artıq həyat təcrübəsi yaşınızdan çox olan insanlar göz yumsaq, vicdansızlıq, Vətəninə və Dövlətinə xəyanət etmiş olarıq.
Ancaq biz çox şeyləri sizlərdən fərqli olaraq əvvəlcədən görürük və ona görə bu narahatçılığımızı həm dilə gətiririk, həm də yazırıq.
Ciddi olun və savadınızı artırın. Özünüzə vurğunluqdan uzaq olun. Sizin aldığınız o yüksək məvaciblər bizim ödədiyimiz vergilər hesabınadır və unutmayın ki, biz sizin bu qədər özbaşınalığınıza səbr etmək fikrimiz yoxdur. Qısa zaman kəsiyində fəaliyyətinizdə ciddi dönüş olmayacağı təqdirdə, dövlət və hökumət başçıları qarşısında əvvəl xahişlərimizi, sonra isə bəzi tələblərimizi irəli sürəcəyik.
Biz Azərbaycana bağlı insanlarıq, Vətənimizə, dövlətçiliyimizə bağlı sadiq vətəndaşlarıq. Sizlər isə düşünülməmiş pozuculuq və sabotaj xarakterli fəaliyyətləriniz ilə güc strukturların GƏLƏCƏYİNƏ elə sarsıdıcı, düşmənlərin edə bilmədiyi zərbə vurursunuz ki, bunun fəsadları tezliklə özünü göstərəcək.
Əlavə suallarınız, sözünüz olarsa, sizi maarifləndirməyə hər zaman hazırıq. Təki qanunları olduğu kimi yerinə yetirəsiniz, vətəndaşları dövlətindən və hökumətindən narazı salmayasınız. Görünən odur ki, hələlik sizin çoxunuzda vaxtından əvvəl tutduğunuz o yüksək dövlət və hökumət vəzifələrindən dolayı güclü başgicəllənmə simptomları açıq şəkldə özünü biruzə verir.
P.S. Bu qeydlərimi ehtiyatda və istefada, xüsusi rütbəsi olan həmkarlardan xahiş edirəm ki, öz səhifələrində, dost qruplarda, saytlarda və səhifələrdə paylaşın. Biz ƏƏSMN, DSMF tərəfindən atılan bu zərərli addımlardan çəkindirməsək, fəsadları çox ağır olacaq.
Tanrı Azərbaycanımızı, Silahlı Qüvvələrimizi, Ordumuzu təsadüfi, savadı olmayan məmurlardan qorusun!!!