Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin bu xəstəlikdən əziyyət çəkir



Newscenter.az.13.03.2022.
"Böyük Britaniyanın “Daily Mail” nəşri Rusiya prezidenti Vladimir Putinin Parkinson xəstəliyi və ya xərçəng steroid müalicəsi nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkdiyini yazıb".

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, məqalədə Rusiya liderinin şişkin göründüyü, üzünün oval forma aldığı və qonaqlarla “absurd” məsafə saxladığı bildirilib:

"Nəşr iddia edib ki, Putinin son beş il ərzində qərar qəbul etməsində nəzərəçarpacaq dəyişiklik olub. Yazıda iddia edilib ki, Kreml sahibinin ətrafındakılar onun dedikləri və dünyanı necə qavraması ilə bağlı idrak və aydınlıqda nəzərəçarpacaq dərəcədə dəyişikliyi müşahidə edirlər. Bu məqalə Qərblə Rusiya arasında informasiya savaşının tərkib hissəsinə oxşayır. Bu məqalə internetdə, sosial şəbəkələrdə və dünyanın müxtəlif saytlarında geniş yaylıb. Bu məqaləni Putinin ətrafındakılar da oxuyaraq özlərinə sual edəcəklər: “Bəlkə məqalədə yazılanlarda həqiqət payı var, onda Putinin yanlış qərarları bizi uçuruma aparır, onu dayandırmaq lazımdır”. Qərbə də bu lazımdır".

Mehman
Xəbəri paylaş