Qarabağdakı Rusiya "sülhməramlı kontingenti" Ukraynadakı hərbi əməliyyatlara cəlb edilir
Tarix: 13-03-2022, 17:01
Newscenter.az.13.03.2022. Rusiyanın Qarabağdakı "sülhməramlı kontingenti" Ukraynadakı hərbi əməliyyatlara cəlb edilir.
Newscenter.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bu barədə məlumat yayıb.
Məlumatda o da qeyd edilib ki, həmçinin Rusiyanın Ermənistandakı hərbi qüvvələri və Sakit Okean hərbi dəniz qüvvələri Ukrayna cəbhəsinə köçürülür.
Bundan əlavə, Suriya və Serbiyadan Ukraynaya qarşı döyüşmək üçün muzdlular cəlb edilir.