Newscenter.az.13.03.2022. Regional Korreksiyanın birinci partiyası 44 günlük müharibə ilə edildi. Amma indi yeni düzənin özü də ikinci dəfə Azərbaycanın xeyrinə korrektə olunur.
Zəngəzur dəhlizilə bağlı məsələ tam həll edilmədən Şərqi Zəngəzur və Naxçıvanın İran üzərindən birləşdirilməsi, hər tərəfli kommunikasiya bağlarının yaradılması, Xankəndində ermənilər vaxtaşırı himnimizin və digər Azərbaycan musiqilərinin dinlədilməsi, rus sülhməramlılarının bir qisminin Ukraynaya yollanması, İran ilə yeni razılaşmaların imzalanması, İranın İran körfəzindən Qara dəniz limanlarına çıxışı üçün Azərbaycan tərəfinə müraciət etməsi, İranın İran körfəzi - Azərbaycan - Gürcüstan - Qara dəniz marşurutu üzrə ticari əlaqələrin həyata keçirilməsində ciddi istəkli olması, Rusiyanın Ukraynada bataqlığa alt dodağına qədər batması, Türkiyənin artan nüfuzu və uğurlu xarici siyasəti (daxili yox) mən də 86,6 min kv.km tam azad ediləcəyilə böyük ümidlər yaradır.
Bundan sonra isə bu gün ermənilərin naz elədikləri, "Zəngəzur dəhlizi" məfumunda korreksiyalar olunacaq. Bu dəhliz bizdən daha çox Türkiyə üçün lazımdır (orta Asiyaya çıxış). Erməni və Rusun nəzarətində olacaq, rus tərəfindən hər an hansısa bəhanələrlə yoxlanılma ehtimalı və ya daim tamamılə bağlanılma -hərəkətin dayandırılması təhdidi olacaq bir dəhlizi biz və ya Türkiyə nə qədər etibarlı hesab edə bilər ki? Deməli Zəngəzura alternativ dəhliz mütləqdir. Daha sonra isə Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngəzur dəhlizi ilə yox, Zəngəzurun özü ilə birləşəcəyinə şübhə etmirəm. Hazırda Azərbaycanda aparılan XARİCİ SİYASƏT sözün həqiqi mənasında o qədər peşəkar idərə edilir ki, proseslər belə davam edərsə, bir gün Qərbi Zəngəzur İqtisadı rayonu da olacaq. Axı, Arazın sahillərinin əsl sahibləri indi o torpaqlardan yalnız dəhliz kimi istifadə etməkdən daha çoxuna layiqdirlər.
Eldəniz Əmirov-iqtisadçı ekspert