Newscenter.az.13.03.2022. "Bu gün (dünən-red) İƏT-ə (İqtisadi Əməkdaşlıq Təşkilatı-red) üzv dövlətlərin jurnalistlərinin assosiasiyasının üzvləri Füzuliyə səfər ediblər".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviter hesabında yazıb.
"Səfər zamanı qonaqlara şəhərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib", - Prezidentin xüsusi nümayəndəsi əlavə edib.