Newscenter.az.13.03.2022. "Türkiyə Qazaxıstan dövlətinin siması kimi Nursultan Nazarbayevi tanıyır. Hesab edirəm ki bu şəkil Nazarbayevin ölkəsində hakimiyyətə qayıdış prosesinin başlanğıcı kimi də qiymətləndirə bilinər. Yaxud da yaxnı gələcək də Nursultan Nazarbayevə tam qurulacaq Turan birliyi təşkilatında baş katib postu verilə bilər. Bu isə rəsmi şəkildə yeni vəzifə, status deməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli səsləndirib. Onun sözlərinə görə, görünür bəziləri siyasi baxımından Nazarbayevi dəfn etməyə tələsdilər:
"Proseslərin bu cür davam edəcəyi halda qardaş, dost Qazaxıstanda hakimiyyət də ikitirəlik yarana bilər : Türk yönümlü Nazarbayev və rus (beynəlxalq arenada konfiqurasiya dəyişsə amerikan yönümlüyə çevriləcək) yönümlü Tokayev. İkinci versiyada ola bilər. Nazarbayevin qardaş, dost Türkiyəyə səfəri Tokayev və Rusiya ilə razılaşdırılıb. Birinci və ikinci versiyadan sonra üçüncü variantda ortaya çıxır :Tokayev özüdə Rusiyadan uzaqlaşır. Xüsusilə da indi dünyada baş verənləri nəzərə alsaq (Rusiya-Ukrayna müharibəsi) ikinci versiya az ağlabatandır".
Əhəd Məmmədli hesab edir ki, üçüncü versiyanın da baş verməsi üçün hələ tezdir. Tokayev Rusiyadan uzaqlaşmaq haqda ola bilsin artıq düşünür amma hələ bu yöndə ciddi hərəkətlər edib özünü və Qazaxıstanı da risk altına atmaz.
Mehman