Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"91-lər"in daha bir üzvü vəfat etdi-FOTO



Newscenter.az.14.03.2022. "91-lər"dən və Yeni Azərbaycan Partiyasının ən fəal yaradıcılarından olan Əjdər İsmayılov vəfat edib.

Newscenter.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxuyub, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olub.

1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.

"91-lər"in daha bir üzvü vəfat etdi-FOTO


Mehman
Xəbəri paylaş