Newscenter.az.14.03.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlığa başlayıb.
Newscenter.az xəbər verir ki, AQTA ilə birgə layihə üzrə Mərkəz Agentliyin fəaliyyəti üzrə texniki işlərin görülməsinə və eyni zamanda, məşğulluğun təminatına dəstək məqsədilə həmin qurumda və Agentliyin Qida Təhlükəsizliyi İnstitutunda 500 nəfəri işlə təmin edəcək.
İşlə təmin edilənlər müfəttiş köməkçisi, sürücü, bağban, elektrik, santexnik, mühafizəçi və s. kimi peşələrdə çalışacaqlar.
Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar qazanmaq imkanı da əldə edəcəklər.
İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanacaq ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradacaq.
Sevinc