Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinə dəstək olur



Newscenter.az.14.03.2022. Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Azərbaycanda seçilmiş peşə təhsil müəssisələrinin inkişafı üçün strateji planları müzakirə etmək məqsədilə bir araya gəlib.

Newscenter.az xəbər verir ki, Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində Şəkidə keçirilən üçgünlük tədbirdə PTDA-nın idarə heyətindən nümayəndələr, həmçinin Bakı, Gəncə, Şəki, Cəlilabad, Bərdə, Mingəçevir və Qəbələ şəhərindən 10 müxtəlif peşə təhsil müəssisəsinin direktorları iştirak edib.

Tədbirdə iştirakçılar müasir tendensiyaların peşə təhsilinə inteqrasiya yollarını və inkişaf planlarında strateji baxışın olmasının vacibliyini müzakirə ediblər. Peşə təhsil müəssisələri fəaliyyət planlarının hazırlanması, hər bir strateji plana uyğun olaraq dayanıqlı icra mexanizmlərinin və hesabat üsullarının formalaşdırılması üzrə çalışmalar həyata keçirib, o cümlədən iş strategiyasında yeni rəqəmsal resursları tətbiq etməklə effektivliyin artırılması üçün təkliflər hazırlayıblar. Bunlarla yanaşı, monitorinq və qiymətləndirmə, eləcə də daxili keyfiyyətin təminatı istiqamətlərində işçi qrupları səviyyəsində müzakirələr aparılıb.

Tədbir proqramı iştirakçıların Şəki Dövlət Peşə Təhsil Mərkəzinə səfəri ilə yekunlaşıb.

Sevinc
Xəbəri paylaş