Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ordusunda təlim atışlar həyata keçirilib



Newscenter.az.14.03..2022 Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.
Xəbəri paylaş