Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Beynəlxalq Qarabağ Konfransı keçiriləcək



Newscenter.az.14.03.2022. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Bakı şəhərində “Qarabağ dünən, bu gün və sabah” mövzusunda XXI elmi-praktiki beynəlxalq konfrans keçiriləcək.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı QAT sədri Akif Nağı verib. O bildirib ki, may ayının 24-də keçiriləcək konfransda Qarabağın tarixi, mədəniyyəti, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin siyasi iqtisadi, hüquqi, hərbi akspektləri, qaçqın və məcburi köçkünlərin hazırkı vəziyyəti, yeni şəraitdə ortaya çıxan problemlər və s. məsələlər müzakirə olunacaq.

Məruzələr aprel ayının 30-dək təqdim edilmədir. Tezislərin mətni Calibri və ya Times New Roman şriftləri ilə, 12 ölçüdə, 5 səhifədən artıq olmamaq şərti ilə yığılmalıdr. Mətnin elektron versiyasını [email protected], [email protected] elektron poçt ünvanlarına göndərməyinizi xahiş edirik. Tezislərin nəşr olunması və internet saytında yerləşdirilməsi nəzərdə tutulub.

Mehman
Xəbəri paylaş