Newscenter.az.14.03.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Ağdaş rayonunda meliorativ tədbirlər uğurla davam edir.
Rayonda yaşayan su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Ağdaş Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində çalışır. Əkin sahələrinin suvarılması üçün 19100 km-dən artıq suvarma kanalının və 1900 km-dən artıq kollektor drenaj şəbəkəsinin istismarı təşkil olunur, həmin kanallar üzərində olan qurğularda təmir işləri aparılır. Ötən il idarə tərəfindən bütün əkin sahələrinin suvarma işləri başa çatdırılıb. Bu il də bu sahələrin suvarılması planlaşdırılır ki, hazırda əkilmiş 15115 hektar sahənin birinci suvarılması yekunlaşıb.
İdarənin balansında olan kanalların 1600 km-i torpaq məcralı, 393 km-i isə beton üzlüklü kanallardır. 2021-ci ildə Qaraoğlan beton üzlüklü kanalının 1 km-lik yararsız hissəsi bərpa olunaraq yenidən su istifadəçilərinin ixtiyarına verilib. Təmirdən öncə kanalın həmin 1 km-lik yararsız hissəsində su itkisi 40 faizə qədər olub. Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas arteriyalarından biri də sağ sahil magistral kanalıdır. Uzunluğu 1000 km-dən artıq olan kanal 18.000 hektara yaxın sahənin suvarılmasını təmin edir. Suvarma kanallarında təmir işlərinin aparılması su itkisinin qarşısının alınması ilə yanaşı fermerlərin işini daha da asanlaşdırır.
Sevinc