Newscenter.az.14.03.2022. Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Mil-Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul Sabirabad rayon sakini D.Əliyev saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları və ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Diri balıqlar isə suya buraxılıb.
Faktla bağlı D.Əliyev barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda)maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Mehman