Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub
Tarix: 14-03-2022, 16:07
Newscenter.az.14.03.2022. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Newscenter.az xəbər verir ki, bunu Ş.Mişel tviter səhifəsində yazıb.
Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər.