Newscenter.az.14.03.2022. "Indiyədək mənə süleymançı, nurçu, pantürkist, Turançı deyən olmuşdu, amma Allahsız deyən olmamışdı. Qəribədir, yazır ki, həm Allahsızam, həm də məzhəbçi. Allahsız necə məzhəbçi ola bilər, onu başa düşmürəm. Bunu yazanlar bilirsiz kimlərdir? "Qarabağ azanı"nı qəbul etməyənlər. O vaxt da istəmirdilər, elə indi də".
Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov facebook sosial şəbəkə hesabında qeyd edib. Komitə rəsmisinin sözlərinə görə, o zaman çalışırdılar məscidlərdə söz-söhbət yaratsınlar ki, guya dindarlar bu azanı istəmir:
"Bu yolla istəyirdilər ki, Qafqaz Müsəlmanları Idarəsi Qarabağ azanına icazə verməsin. Amma az qala 200 illik tarixi olan Qafqaz Müsəlmanları Idarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadə öz mövqeyi ilə həmin adamların arzusunu gözündə qoydu. Əsl vətənpərvər din xadimi necə olmalıdir nümunəsini bir daha göstərdi. O ki qaldı etiraz edənlərdən hesab sorulmasına, onlar bunun hesabını çoxdan veriblər... Siz bu gün vahhabilərin və ya qeyrilərinin nəzarətində olan məscid tanıyırsız?".
Mehman