Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi şəhdinin doğum günü qeyd edilib



Newscenter.az.14.03.2022. Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn Əsgərov Firavan Xanbala oğlunun ad günü şəhidin məzarı önündə qeyd olunub

Newscenter.az xəbər verir ki, tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəsi Nadir Quliyev, Sabirabad rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov, kənd sakinləri, şəhid valdeyinləri və ictimaiyyət nümayəndələri iştrak etmişdir.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edənlər 21 yaşı tamam olan şəhid Firavan Əsgərovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.

Şəhidin atası Xanbala Əsgərov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Mehman
Xəbəri paylaş