Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yüksək dağlıq ərazilər qarölçmə işləri davam edir



Newscenter.az.14.03.2022
. Ölkə ərazisinin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri davam edir.

Newscenter.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları hazırda Şəki rayonunun ərazisindən axan Şin çayı hövzəsindədirlər.

Ölçmə işinin nəticəsinə görə, həmin ərazidə qarın hündürlüyü 25 sm təşkil edir.

Tədqiqatlar çərçivəsində Balakən çayının hövzəsində dəniz səviyyəsindən 1200 metr yüksəklikdə də ölçmə işləri aparıblar. Həmin ərazidə qarın hündürlüyü 24 sm təşkil edib. Çəkisi isə 30 qram olub. yağan qar təzə olduğundan sıxlığı aşağı olub.

Daha bir ölçmə işi Qoşqar dağının ətəyində icra olunub. Həmin ərazi dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşir. Qarın hündürlüyü 19 sm, çəkisi isə 33 qram təşkil edib.

Qeyd edək ki, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları ölkənin yüksək dağlıq ərazilərində martın 9-dan qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edib. Keçən il 25 qarölçmə marşrutu üzrə ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların sayı 31-ə çatdırılıb ki, bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş ərazidə aparılması ilə bağlıdır.
Xəbəri paylaş