Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi qəbul edir



Newscenter.az.15.03.2022. Bu gün Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer açıqlayıb.

“Bu gün yeni sanksiyalar paketi qəbul ediləcək. Avropa İttifaqının (Aİ) tarixində heç vaxt bu qədər ciddi sanksiyalar paketi olmayıb. Bu, tarixi qərardır”, - Le Mer Aİ-nin maliyyə nazirlərinin Brüsseldə keçiriləcək zirvə görüşü öncəsi bildirib.

O deyib ki, bu sanksiyalar Rusiyanın maliyyə sisteminə təsir edəcək.

Onun sözlərinə görə, Rusiyadan bahalı əşyaların idxalına qadağa qoyulacaq.
Xəbəri paylaş